0
Thursday 3 June 2021 - 23:31

Sionist hərbçilər 14 yaşlı fələstinli qızı həbs edib

Story Code : 936178
Sionist hərbçilər 14 yaşlı fələstinli qızı həbs edib
On iki günlük müharibənin bitməsi və Tel-Əvivin təhlükəsizlik tədbirlərini gücləndirilməsindən sonra, fələstinli mənbələr bu axşam Qüdsün Şeyx Cərrah məhəlləsində 14 yaşlı bir fələstinli qızın həbs ediliyini bildirdi.

"Fələstin Alan" xəbər saytı yerli mənbələrə istinadən bu haqda məlumat verərək yazıb: İsrail əsgərləri 14 yaşlı qızı Şeyx Cərrah məhəlləsində məktəbdən evə qayıdarkən saxlayıb.

Məlumata görə, 14 yaşlı fələstinli qızın həbs olunmasına səbəb kimi onun sinif yoldaşlarının üzünə Fələstin bayrağını çəkməsi göstərilib.