0
Sunday 13 June 2021 - 10:21

ABŞ Rusiyaya qarşı: Bu ölkəyə PUA-larla mübarizə üçün...

Story Code : 937828
ABŞ Rusiyaya qarşı: Bu ölkəyə PUA-larla mübarizə üçün...
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilibş

Ukrayna bu il müdafiə islahatları sahəsində kifayət qədər irəliləyib. Bu gün Pentaqon Ukraynanın təhlükəsizliyini gücləndirmək üçün yeni 150 milyon dollarlıq yardım paketinin ayrıldığını elan edib.

Yeni yardım paketi, xüsusən də artilleriya əleyhinə radarların, PUA-larla mübarizə üçün komplekslərin, təhlükəsiz rabitəni təmin edən vasitələrin və yaralıların tibbi evakuasiyası üçün vasitələrin tədarükünü əhatə edir.

Nazirlik bunun mart ayında Ukraynaya ayrılmış 125 milyon ABŞ dolları həcmində yardım paketinə əlavə olduğunu qeyd edib.

Ekspertlər ABŞ-ın bu yardımını Rusiyaya qarşı atılan addım kimi dəyərləndirirlər.