0
Thursday 17 June 2021 - 22:40

Baydenin oğlu irqçilikdə şübhəli bilinir

Story Code : 938615
Baydenin oğlu irqçilikdə şübhəli bilinir
SalamNews Gazeta.ru-ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin oğlu Hunter, əmisi qızı Kerolayn ilə yazışmalarda asiyalılar barədə hörmətsiz ifadələrdən istifadə edib.

"Daily Mail"in xəbərinə görə, 2019-cu ilə aid yazışmalar onun laptopunda tapılıb. Hanter əmisi qızından varlı model dostlarından biri ilə tanışlıq təşkil etməsini istəyib, bundan sonra Kerolayn  əmisi oğlunun kimlə danışmaq istədiyini soruşub: amerikalı yoxsa əcnəbi.

"Asimilyasiya olunmuş əcnəbi uyğundur. Qəti şəkildə sarılardan olmaz", deyə prezidentin oğlu yazıb.