0
Thursday 17 June 2021 - 19:46

Husilər PUA-larla Səudiyyə Ərəbistanın hava limanını hədəfə aldıqlarını bildiriblər

Story Code : 938616
Husilər PUA-larla Səudiyyə Ərəbistanın hava limanını hədəfə aldıqlarını bildiriblər
SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin sözçüsü briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.

Bildirilib ki, “Yəmən Silahlı Qüvvələri iki ədəd “Qasif-K2” PUA-sı ilə Səudiyyə Ərəbistanın cənubunda Əbha hava limanını dəqiqliklə hədəfə alıb.”

Əlavə edilib ki, “bu, Səudiyyə Ərəbistanı və koalisiyasının təcavüzləri və Yəməni mühasirədə saxlamasına təbii cavabdır.”

Eyni zamanda Səudiyyə Ərəbistanın hərbi koalisiyası Xams-Mşit bölgəsində Yəməndən gələn PUA-nın havadan müdafiə tərəfindən vurulduğunu bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından başlayaraq Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.