İran nüvə sazişi ilə bağlı razılaşmanın bir addımlığında
Story Code : 939089
İran xarici işlər nazirinin müavini və Vyana danışıqlarında iştirak edən İran nümayəndə heyətinin rəhbəri Seyid Abbas Əraqçi HBFP sazişinin bərpası üçün keçirilən bugünki iclasdan öncə verdiyi bir müsahibəsində deyib: "Bu gün danışıqların altıncı raundunun son günüdür. Çox gərgin günləri arxada qoyub, çətin işlərin öhdəsindən gəlmişik... Demək olar ki, bütün razılaşma sənədləri artıq hazırdır..."
O əlavə edib: “İndi demək olar ki, müqavilənin bütün sənədləri hazır vəziyyətdədir..."
İran xarici işlər nazirinin müavini xəbər agentlikləri ilə müsahibəsi zamanı deyib: "Bəzi mübahisəli məsələlər hələ də qalsa da, razılaşdırılmış məsələlərlə birlikdə onlar üçün də dəqiq bir plan tərtib olunub və artıq qaranlıq məqam yoxdur."