Rusiya İraqda nüvə elektrik stansiyası inşa edəcək
Story Code : 939482
"Russia Today"-in verdiyi məlumata görə, Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyası "Rosatom" İraq tərəfi ilə bir neçə nüvə elektrik stansiyası inşa etmək və digər sahələrdə əməkdaşlıq üçün müqavilə imzalayacaq.
Rusiya Atom Enerjisi Agentliyindəki məlumatlı mənbələr hazırda nüvə elektrik stansiyalarının inşası planı ilə bağlı İraq rəsmiləri ilə məsləhətləşmələr aparıldığını bildirib.
"Rosatom" Korporasiyası nüvə enerjisi və digər əlaqəli sahələrdə sülh məqsədli əməkdaşlıq üçün işçi qrup yaradıb.
Eyni zamanda, İraq rəsmiləri də xüsusilə yayda elektrik enerjisi çatışmazlığını ödəmək üçün önümüzdəki illərdə 40 milyard dollar dəyərində 8 atom elektrik stansiyası inşa etməyi planlaşdırdıqlarını elan edib.