0
Thursday 8 July 2021 - 01:45

Ər-Riyad: “İranla danışıqları alqışlayırıq, amma...”

Story Code : 942190
Ər-Riyad: “İranla danışıqları alqışlayırıq, amma...”
Səudiyyə rejiminin xarici işlər naziri Faysal bin Fərhan bu yaxınlarda İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə İran və Fələstin məsələsinə toxunub.

Səudiyyə rejiminin xarici işlər naziri İran haqqında danışarkən belə deyib: “İranla danışıqları alqışlayırıq, amma Tehran bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsinə sadiq olduğunu sübut etməlidir.”.

Faysal bin Fərhan İran və Səudiyyə rejiminin bir neçə ay əvvəl İraqda başlayan son danışıqlara münasibətini müsbət adlandırıb və bu danışıqların əvvəlki səhifənin bağlanmasına səbəb olacağına ümid etdiyini bildirib.

Səudiyyə rejiminin rəsmisi İranı bölgədəki hərbiləşmiş və qeyri-hökumət qrupları adlandırdıqlarını dəstəkləməkdə günahlandıraraq, Ər-Riyadın ilk narahatlığının İranın bu silahlılara və qeyri-hökumət oyunçularına dəstəyi olduğunu söyləyib.

O, açıq şəkildə Yəmənin Ənsarullah hərəkatına və İraqın Kətaibi Hizbullah müqavimət qrupuna toxunub və Ər-Riyadın İranın yanaşmasında nəzərəçarpacaq dəyişiklik görmək istədiyini söyləyib.

Səudiyyə rejiminin Təl-Əvivi hansı şəraitdə tanıdığına dair suala Fəysal bin Fərhan belə cavab verib: “Ər-Riyadın hazırkı prioriteti İsrail rejimi və Fələstini danışıqlar masasına qaytarmaqdır, çünki bölgədəki bu əsas münaqişə məsələsi həll olunmayana qədər bölgədə sülh və sabitlik olmayacaqdır. Fələstinlilər paytaxtı Qüds və uyğun şəraitdə yaşamaq icazəsi olan bir ölkəyə gələnə qədər Ər-Riyad Təl-Əvivi tanımayacaq”.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə rejiminin vəliəhdi Məhəmməd bin Salman rəsmi Səudiyyə televiziyasında yayımlanan reportajda demişdi: “Səudiyyə Ərəbistanının (Səud rejimi) xarici siyasəti onun maraqlarına əsaslanır və Səudiyyə rejimi dünyadakı bütün tərəfdaşları ilə ittifaqı gücləndirməyə çalışır və İranla yaxşı və fərqli münasibətlər qurmaqda maraqlıdır”. /Deyerler/