0
Saturday 10 July 2021 - 08:52

BMT “Taliban”ın bir sıra sərhəd məntəqələrini ələ keçirməsindən narahatlığını ifadə edib

Story Code : 942592
BMT “Taliban”ın bir sıra sərhəd məntəqələrini ələ keçirməsindən narahatlığını ifadə edib
APA xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Əfqanıstanın İran və Tacikistanla sərhədində “Taliban” silahlıları tərəfindən bir sıra sərhəd-keçid məntəqələrini ələ keçirməsini şərh edərkən bildirib.

Stefan Dujarrik qeyd edib ki, Əfqanıstandakı hərbi vəziyyət və davam edən döyüşlər bizi getdikcə daha çox narahat edir: “Bütün tərəflərin razılığa gəlmək üçün səylərini artırması vacibdir”.