0
Tuesday 13 July 2021 - 00:50

İraqda COVID xəstələri üçün olan xəstəxanada yanğın zamanı ölüm sayı 40-a çatıb

Story Code : 943129
İraqda COVID xəstələri üçün olan xəstəxanada yanğın zamanı ölüm sayı 40-a çatıb
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, “İmam Hüseyn” xəstəxanasındakı yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insan xəstəxanada çıxılmaz vəziyyətdə qalıb. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala bilib.

Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib. Yerli KİV-lərin verdiyi məlumata görə, ölkənin Baş naziri Mustafa əl-Kazımi faciənin baş verdiyi yerə gedib.

***

Saat 00:53

İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 30 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Yanğın zamanı daha 20 nəfər xilas edilib.

İlkin məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş vermiş yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insanın xəstəxanada köməksiz vəziyyətdə qaldığı bildirilir.

Bu, İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş tibb müəssisəsində baş vermiş ilk belə hadisə deyil. Bundan əvvəl aprelin 24-də Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində 82 nəfər ölmüş, azı 110 nəfər xəsarət almışdı.