0
Wednesday 14 July 2021 - 10:41

"Delta" ştammı daha bir ölkədə sürətlə yayılır

Story Code : 943351
"Delta" ştammı daha bir ölkədə sürətlə yayılır
Publika.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son bir həftə ərzində ortalama koronavirusa yoluxan hər 10 nəfər digər 13 nəfəri yoluxduraraq virusun daha çox yayılmasına səbəb olub.

Son günlərdə 5 milyon əhalisi olan Danimarkada hər gün təxminən 1000 yoluxma qeydə alınıb. Eyni zamanda, ağır fəsadlarla davam edən xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı son sutkada 10 nəfər artaraq 47-yə çatıb.

Keçən həftə Danimarka Səhiyyə Nazirliyi koronavirusa yoluxma sayının yüksəlməsini, insanlarda getdikcə daha çox rast gəlinən daha yoluxucu “delta” ştammı ilə əsaslandırıb. Öz növbəsində, Ölkənin Dövlət Peyvənd İnstitutu (Statens Serum İnstitut), son həftədə müsbət testlərin 55,4 faizinin “delta” variantı olduğunu qeyd edib.