0
Thursday 15 July 2021 - 10:39

Livanda bir il siyasi boşluqdan sonra yeni hökumət formalaşdırılır

Story Code : 943524
Livanda bir il siyasi boşluqdan sonra yeni hökumət formalaşdırılır
SalamNews Livan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin müvəqqəti baş naziri Səd əl-Həriri ötən gün 24 nazirdən ibarət kabineti formalaşdırdığını və bunu prezident Mişel Ouna təqdim etdiyini bildirib.

O bildirib ki, nazirlərin hamısı mütəxəssislərdən ibarətdir və ölkədə davam edən çətin iqtisadi və siyasi vəziyyətin qarşısını ala bilərlər.

Əl-Həriri prezident Mişel Oundan bu hökumətə müsbət rəy verməsini istəyib.