0
Sunday 18 July 2021 - 13:20

ABŞ Rusiya və Çinə qarşı HƏRƏKƏTƏ KEÇİR

Story Code : 944053
ABŞ Rusiya və Çinə qarşı HƏRƏKƏTƏ KEÇİR
Publika.az xəbər verir ki, rus mediasının yaydığı məlumatda vurğulanıb ki, yeni qurulacaq baza Rusiya və Çinə nəzarət, eyni zamanda hər iki ölkənin peyklərini sıradan çıxarmaq məqsədi daşıyır.

ABŞ kosmik qüvvələrinin bir neçə səlahiyyətlisi Şotlandiya və ya İngiltərənin cənubunda, Texas və Avstraliya da daxil olmaqla, dünyada üç radar bazasının inşasının planlaşdırıldığını söyləyiblər.

Amerikalı polkovnik-leytenant Cek Volker bildirib ki, bu sistemlər geostasionar orbitdə təhlükə yarada biləcək hədəflərin davamlı izlənməsini təmin etmək məqsədilə qurulur. İlk obyektin 2025-ci ilə qədər istismara verilməsi planlaşdırılır.