Moskva: Suriyanın RƏM sistemi 7 İsrail raketini havada məhv etdi
Story Code : 944422
"RussiaToday" verdiyi xəbərə görə, Suriyadakı Rus Sülh Mərkəzinin sədr müavini Vadim Kolit açıqlamasında bunları deyib: "Bazar ertəsi, saat 23:16-dan 23:59-dək dörd İsrail F-16 döyüş təyyarəsi Suriyanın hava məkanına soxulub və ABŞ-ın nəzarətindəki Əl-Tanf bölgəsi üzərindən keçib."
O əlavə edib: "İsrail qırıcıları Hələbin cənub-şərqinə səkkiz raket atıb və Suriyanın raket əleyhinə müdafiə sistemi Rusiya istehsalı olan Panster S və Buk M2 sistemləri ilə yeddi raketi havada məhv edib."
Qeyd edək ki, raketlərdən biri araşdırma mərkəzi olan əraziyə düşüb.