0
Sunday 25 July 2021 - 10:05

ABŞ-da baş vermiş atışma zamanı 2 nəfər ölüb

Story Code : 945006
ABŞ-da baş vermiş atışma zamanı 2 nəfər ölüb
APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat yerli polisin saytında dərc olunub.

Şəhərin cənub hissəsində baş vermiş atışma barədə məlumat hüquq-mühafizə orqanlarına şənbə günü gecə saatlarında daxil olub. Ehtimal olunur ki, hadisədə San-Rafel şəhərinə rep konsertinə gələnlər iştirak edib. Bir nəfər hadisə yerində öldü, ikincisi isə xəstəxanada ölüb.

Atışmada yaralanan bəzi şəxslər isə avtomobillərlə hadisə yerindən qaçmağa çalışsalar da, polis onları saxlayıb.