0
Monday 26 July 2021 - 11:05

Rusiya Kubaya humanitar yardım yolladı

Story Code : 945169
Rusiya Kubaya humanitar yardım yolladı
Bu barədə RİA “Novosti”nin Kubada yerləşən Xose Marti hava limanında olan müxbiri məlumat verib.
“Hava limanına iki Rusiya təyyarəsi gəldi. Hazırda onlar uçuş-enmə zolağı yaxınlığında boşaldılır”, - deyə müxbir bildirib.
Kuba Xarici İşlər Nazirliyi Twitter-dəki bloqunda ilk təyyarənin gəlişini elan edib və humanitar yükün COVID-19 pandemiyasına qarşı istifadə ediləcəyini izah edib.
Humanitar yükdə 1 milyon tibbi maska və ümumilikdə 88 ton yardım yollanıb. /Eastnews/