0
Saturday 31 July 2021 - 08:33

Pakistanlı diplomatın qızının qətli ABŞ və Kanadada etirazla qarşılanıb

Story Code : 946003
Pakistanlı diplomatın qızının qətli ABŞ və Kanadada etirazla qarşılanıb
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

27 yaşlı Nur Mukadamın qətlində onun dostu, ABŞ vətəndaşı və Pakistanın ən varlı ailələrindən birinin üzvü Zahir Caffer ittiham olunur.

Araşdırmalara görə, Z.Caffer qızı evinə aparıb, iki gün orada saxlayıb, sonra isə onunla qəddarcasına rəftar edib.

Xəbərdə deyilir ki, Pakistanın Cənubi Koreyadakı keçmiş səfirinin qızının ölümü ictimai narazılığa səbəb olub və vətənində, eləcə də ABŞ və Kanadada etirazlarla qarşılanıb.
Related Stories