0
Monday 2 August 2021 - 09:50

ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var

Story Code : 946358
ABŞ-da helikopter qəzaya uğrayıb, ölənlər var
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, “Robinson R66” tipli özəl helikopter yerli vaxtla saat 13:15-də (Bakı vaxtı ilə 00:15) Sakramento şəhərinin şimalında qəzaya uğrayıb. Helikopterdə dörd nəfər olub, onların hamısı qəzanın qurbanına çevrilib.

Hadisənin səbəbləri və ölənlər haqqında hələ ki ətraflı məlumat verilməyib. Qəzanın təfərrüatlarının araşdırılması Federal Aviasiya İdarəsi və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən aparılır.