0
Friday 26 August 2011 - 10:23

Üsyançılar Tripolidə hökumət qururlar

Story Code : 94654
Üsyançılar Tripolidə hökumət qururlar
Üsyançılar Tripolidə hökumət qururlar
Milli.Az xəbər portalı "Agence France-Presse"ə istinadən bildirir ki, Liviyanın Milli Keçid Şurası üzvlərinin yarısı dünən Tripoliyə yollanıb. Üsyançıların nümayəndəsi Mahmud Şəmmamın dediyinə görə, müxalifətçilərin hökuməti Müəmmar Qəzzafi iqtidarının fəsadlarını aradan qaldırmaq üçün dərhal islahatlara başlamaq niyyətindədir.

Hazırda Milli Keçid Şurasının ən azı 8 üzvü, o cümlədən müdafiə, ədliyyə, daxili işlər və səhiyyə nazirləri Tripolidədir.

Üsyançılar Milli Keçid Şurasını bu ilin fevralında, Liviyada vətəndaş müharibəsi başlayandan sonra yaradıblar. Şuranın mənzil-qərargahı ölkənin şərqindəki Benqazi şəhərində yerləşirdi. Genişmiqyaslı etiraz dalğaları da bu şəhərdə başlanmışdı.
Comment