0
Wednesday 4 August 2021 - 15:15

Taliban Əfqanıstanın müdafiə nazirinin evinə edilən hücumu üzərinə götürüb

Story Code : 946759
Taliban Əfqanıstanın müdafiə nazirinin evinə edilən hücumu üzərinə götürüb
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Taliban hərəkatı bəyanat verib.

Hərəkat bildirib ki, Leşkərgah şəhərinə edilən hücumun intiqamı olaraq bu hücum həyata keçirilib.

Qeyd edək ki, ötən gecə müdafiə naziri Bismilla-Xan Məhəmmədinin Kabidəki evinə edilən hücum dörd kamikadze tərəfindən həyata keçirilib. Silsilə partlayışlar nəticəsində nazirin evi, ətraf evlərə və obyektlərə ciddi ziyan dəyib. Bu hücumda azı səkkiz nəfər ölüb və 20-ə yaxın yaralanıb.