0
Sunday 8 August 2021 - 20:17

Əl-Husi: Yəmən xalqının mühasirəyə alınmasının və qətliamının səbəbkarı ABŞ-dır!

Story Code : 947430
Əl-Husi: Yəmən xalqının mühasirəyə alınmasının və qətliamının səbəbkarı ABŞ-dır!
Əl-Məsirə informasiya agentliyi Məhəmməd Əli əl-Husiyə istinadən yazıb:
Beynəlxalq Hüquq heç bir ölkənin Yəmən xalqını mühasirəyə almasına icazə vermir. Səudiyyə koalisiyası isə Yəmən xalqına qarşı amansız mühasirəsi ilə bütün mülki vətəndaşları hədəf aldığını sübut etdi.

Əl-Husi əlavə edib:

"Mərkəzi Bankın yerdəyişməsindən sonra Səudiyyə koalisiyası işçilərin maaşlarının ödənməsinə mane olub. Onlar Səna şəhərinə açılan keçidlər və limanlardan gələn bütün gəlirləri bloklayıb...

Bu gün biz mühasirədəyik, amma Amerika həmişəki kimi həqiqətləri tərsinə göstərərək, əslində bizi təcavüzkar və mühasirənin səbəbkarı kimi tanıtdırmağa çalışır."