0
Tuesday 17 August 2021 - 16:38

“İndi Qani dövründən daha yaxşıdır” - Rusiyadan Taliban açıqlaması

Story Code : 949052
“İndi Qani dövründən daha yaxşıdır” - Rusiyadan Taliban açıqlaması
Teleqraf.com xəbər verir ki, Jirnov Talibanın indiyə qədərki addımlarından təsirləndiyini bildirərək, yanaşmalarını “yaxşı, pozitiv və sistemli” adlandırıb.

“Vəziyyət dinc və yaxşıdır, şəhərdə hər şey sakitləşib. Kabildə hazırda vəziyyət Əşrəf Qani dövründən daha yaxşıdır. Rejim dünən kağız ev kimi yıxıldı. Orada qarışıqlıq, hakimiyyət boşluğu vardı və talançılar küçələrə axışmışdılar”, - səfir qeyd edib.

Rusiya səfiri əvvəlcə silahsız Taliban üzvlərinin paytaxta girdiyini, hökumət və ABŞ qüvvələrindən silahlarını təhvil vermələrini istədiklərini söyləyib. Jirnov deyib ki, silahlı Taliban qoşunları Qani qaçdıqdan və komendant saatı tətbiq edildikdən sonra Kabilə daxil olub.

Jirnov Talibanın 100-dən çox şəxsi heyəti olan Rusiya səfirliyinin təhlükəsizlik xəttini nəzarətə aldığını və hərəkatla ətraflı təhlükəsizlik danışıqları aparacağını açıqlayıb.

Dmitri Jirnov Talibanın Rusiya diplomatlarını əvvəlki razılaşmalara uyğun olaraq qoruyacağını vəd etdiyini, Qərbin qorxularının hələ də həyata keçmədiyini söyləyib.

Rusiya səfiri Kabildə bütün məktəblərin qızlar da daxil olmaqla yenidən təhsilə başladığını diqqətə çatdırıb.