0
Wednesday 18 August 2021 - 11:32

İşğal olunmuş Fələstində koronavirus tüğyan edir

Story Code : 949140
İşğal olunmuş Fələstində koronavirus tüğyan edir
Sionist rejimdə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 265 nəfər yoluxub.

Publika.az xəbər verir ki, bu barədə rejimin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, sionist rejimdə koronavirusa yoluxanların sayı 954 323 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan 12 nəfər ölüb və ölənlərin ümumi sayı 6 699 nəfər təşkil edir.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 890 990 nəfəri sağalıb, aktiv xəstələrin sayı 56 634 nəfərə qədər artıb.