0
Thursday 19 August 2021 - 00:00

Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”

Story Code : 949234
Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır:

“Daha əvvəl də “Taliban” liderlərini qəbul edə biləcəyimizi bildirmişdik. Bu mövqeyi bu gün də qoruyuruq. Həm də Taliban liderlərinin mülayim açıqlamalarını alqışlayırıq. Əfqan xalqının sülh içində yaşamasını, bu ölkədəki türk soydaşlarımızın rifahı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq”.

Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib:

“Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaq”.

Türkiyə Prezidenti əlavə edib ki, Əfqanıstandan ümumilikdə 552 Türkiyə vətəndaşı təxliyə edilib.