0
Saturday 28 August 2021 - 23:59

Makron: ABŞ-ın qərarı nə olursa olsun, Bağdadda qalacağıq

Story Code : 950949
Makron: ABŞ-ın qərarı nə olursa olsun, Bağdadda qalacağıq
AFP-nin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu gün (şənbə günü) İraqın paytaxtı Bağdadda keçirilən "Bağdad zirvəsi" konfransda Əfqanıstanda yaşanan son hadisələrə münasibət bildirib və Fransa qoşunlarının İraqda mövcudiyyətinin davam edəcəyindən danışıb.

Makron deyib:

"ABŞ-ın nə qərar verməsi bizim üçün önəmli deyil. Fransa terrorla mübarizəni davam etdirmək üçün İraqda qalacaq. İraq hökuməti istədiyi müddətdə buna davam edəcəyik.

Fransa humanitar əməliyyatlarını davam etdirmək üçün Talibanla danışıqlar aparır. Biz təhlükə altında olan əfqan kişi və qadınların Taliban tərəfindən qorunduğundan əmin olmaq üçün Talibanla müzakirə aparırıq.