0
Tuesday 31 August 2021 - 12:11

İran Livana gedən neft tankerləri ilə bağlı İsrailə xəbərdarlıq etdi

Story Code : 951353
İran Livana gedən neft tankerləri ilə bağlı İsrailə xəbərdarlıq etdi
Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Məlumata görə, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbulfəz Əmuyi bildirib ki, İran gəmilərinə qarşı İsrail rejiminin hər hansı bir axmaq addımı həm İranın həm də Livanın birgə cavabı ilə üzləşəcək.

Qeyd edək ki, "Hizbullah" lideri Həsən Nəsrullah ciddi yanacaq qıtlığı ilə üzləşmiş və ABŞ sanksiyalarına məruz qalan Livana neftin İrandan gətiriləcəyini bildirib.

Həsən Nəsrullah bildirib ki, İrandan Livan istiqamətində iki neft tankeri yola düşüb və üçüncü də doldurulmaqdadır. /Eastnews/