0
Wednesday 1 September 2021 - 22:38

Kabil hava limanında qanlı cümədə nə baş verib?

Story Code : 951495
Kabil hava limanında qanlı cümədə nə baş verib?
Əfqanıstanın paytaxtında olan "Russia Today" şəbəkəsinin müxbiri, ötən cümə axşamı Kabil hava limanının yaxınlığında baş vermiş terror hücumlarından sonra xəstəxanaya yollanaraq terror hücumundan sağ çıxanları ziyarət edib.

"Russia Today"-in müxbiri Murad Qazdiyev tərəfindən tərtib edilən hesabatda, hadisə şahidləri və terrordan sağ olaraq qurtulan əfqanıstanlılar bildirib ki, ABŞ hərbçiləri terror sonrası Kabil hava limanında mülki vətəndaşları gülləbaran etməyə başlayıb. Dəhşətli məqamlardan biri ABŞ qüvvələrinin yerdə qalan cansız bədənləri də hədəf alması olub!

Hadisə zamanı hava limanında olan qadın da "Russia Today"-a bildirib ki, terror əməliyyatından sonra qorxaraq qaçmağa başlayan dinc sakinlər Amerika qüvvələri tərəfindən atəşə tutulub.