0
Wednesday 1 September 2021 - 22:32

Taliban: ABŞ Əfqanıstanın milli sərvətlərini tarac edib

Story Code : 951675
Taliban: ABŞ Əfqanıstanın milli sərvətlərini tarac edib
Talibanın əsas üzlərindən biri olan Ənəs Həqqani, son ABŞ əsgərinin Əfqanıstanı tərk etməsindən bir gün sonra Kabil hava limanını ziyarət edib. O bildirib ki, Amerika Birləşmiş Ştatları helikopterlər, maşınlar və hərbi obyektlər də daxil olmaqla hərbi texnika qəsdən məhv edilib.

Ənəs Həqqani əlavə edib: "İllərdir amerikalılar bizim dağıdıcı olduğumuzu söyləyir. Amma indi kimin dağıdıcı olduğunu aydın görürük. Amerika bizim milli sərvətlərimizi məhv etdi."