Yəməndə sülhün yeganə yolu işğalçıların geri çəkilməsindədir
Story Code : 952343
Yəmənin Ənsarullah Müqavimət Hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxiti milli qurtuluş hökumətinin ölkənin torpaqlarının tamamilə azad edilməsinə çalışdığını bildirib.
Əl-Bəxiti Sputnik xəbər agentliyinə verdiyi müsahibədə deyib: "Yəməni bütün xarici işğalçı qüvvələrdən təmizləməklə ölkəni təkbaşına idarə etmək arasında fərq qoyulmalıdır."
Yəmənli rəsmi əlavə edib: "Yəmən torpaqlarının hər qarışını azad etmək istədiyimiz zaman, Sənada təkbaşına hakimiyyət qurmağa, siyasi qərarlar verməyə çalışmırıq! Əksinə, biz daxildəki bütün qrupların iştirakı ilə ölkənin idarə olunması tərəfdarıyıq..."