0
Wednesday 8 September 2021 - 01:09

Gürcüstanda karantin cərimələri silindi

Story Code : 952740
Gürcüstanda karantin cərimələri silindi
Teleqraf.com xəbər verir ki, söhbət izolyasiya, karantin qaydalarının və maska rejiminin pozulmasına görə yığılmış 76 milyon lari (təxminən 25 milyon dollar) cərimə məbləğindən gedir. Əfv 245 mindən çox vətəndaşı və 344 hüquqi şəxsi həm inzibati, həm də cinayət məsuliyyətindən azad ediləcək.

Qeyd edək ki, cərimələrin ləğvi təşəbbüsünü ölkənin Baş naziri İrakli Qaribaşvili irəli sürüb.