0
Thursday 9 September 2021 - 13:22

“Ərbəin” ziyarətinə quru yolu ilə getmək barədə açıqlama verilib

Story Code : 952980
“Ərbəin” ziyarətinə quru yolu ilə getmək barədə açıqlama verilib
SalamNews xəbər verir ki, bu günlərə qədər isə bu mərasimin əsasını təşkil edən “Nəcəf-Kərbəla yürüşü” baş tutacaq. Əvvəlki illərdən fərqli olaraq pandemiya səbəbindən bu mərasimə xarici ölkələrdən nisbətən az zəvvar qatılacaq. Bizim ölkəmizdən də hər il olduğu kimi bu il də zəvvar qrupları az sayda olsa belə bu mərasimə qoşulacaq.

Hər il 10 minlərlə azərbaycanlını quru sərhədlərlə qəbul edən İraq dövləti bu il isə məhdud sayda yalnız hava limanından qəbul edəcəyini açıqlayıb. Lakin, İraq dövlətinin daima dəyişkən qərarlarını tanıyan vətəndaşlarımız hələ də quru sərhədlə bu ziyarətə getmək ümidlərini itirməyib.

“Salamtour” şirkətinin rəhbəri Nurlan Dadaşov bildirib ki, şirkət bu il quru yolla zəvvar aparmasa da digər şirkətlər bu yolla zəvvar aparmağı planlaşdırır. Quru yolla zəvvar aparmaq istəyən şirkətlər isə 2 yerə ayrılıb.

1. Tranzit ölkə kimi İrandan keçib getmək istəyən.

2. Tranzit ölkə kimi Türkiyədən (Naxçıvan) keçib getmək istəyən.

O, qeyd edib ki, İraq dövlətinin indiki qanunlarına görə hər iki sərhəd bağlıdır. Amma açılma şansı az olsa belə şəxsən 2-ci yolu 1-ci yola nisbətən daha şanslı hesab edirəm. Ümumiyyətlə pandemiya dövründə İraqa tez-tez səfər edən biri kimi həm şirkət rəhbərlərinə, qrup liderlərinə, həm də zəvvarlara bu məsələdə daha diqqətli olmağa çağırıram. Ancaq qanun imkan verərsə səfərə çıxmaq məsləhətdir. Digər hallarda nəticə yaxşı olmaz.
Related Stories