0
Thursday 9 September 2021 - 22:40

Pekindən Əfqanıstana 31 milyon dollarlıq yardım

Story Code : 953047
Pekindən Əfqanıstana 31 milyon dollarlıq yardım
Əl-Cəzirə xəbər agentliyinin verdiyi məlumata görə, Çin Xarici İşlər naziri Vanq Yi İran, Pakistan, Tacikistan, Özbəkistan və Türkmənistanın xarici işlər nazirləri ilə birgə keçirdiyi görüşdə bildirib ki, rəsmi Pekin Covid-19 vaksini, qış geyimləri də daxil olmaqla Əfqanıstan xalqına təcili yardım göstərmə qərarı qəbul edib. Yardımlara taxıl və dərman preparatları da daxildir.

Son günlərdə Taliban da Əfqanıstanın yenidən qurulması prosesində Pekinin Taliban üçün əsas ticarət ortağı olacağını açıq şəkildə bəyan edib.