0
Wednesday 15 September 2021 - 14:07

Səudiyə rejimi BMT-nin Yəmənlə bağlı hesabatını qəbul etmədi

Story Code : 953980
Səudiyə rejimi BMT-nin Yəmənlə bağlı hesabatını qəbul etmədi

BMT-nin Yəmən üzrə beynəlxalq ekspert qrupunun rəhbəri Kamal Əl-Candubi Səudiyə rejiminin koalisiyasının 2015-ci ilin mart ayından bu yana Yəmənin müxtəlif bölgələrinə təxminən 23 min dəfə hücum etdiyini, 18 min dinc sakinin öldüyünü və ya yaralandığını söyləyib.
 
"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, BMT-nin İnsan Haqları Şurasının nəzərdən keçirdiyi bu hesabatda, Yəmənin istehfa vermiş rəhbərliyi də ittiham edilərək, hərbi cinayətlərindən qismən bəhs edilir. Əl-Cəzirə telekanalı Səudiyə rejiminin BMT İnsan Haqları Şurasındakı nümayəndəsinin bu hesabatı qəbul etmədiyini bildirdi. Səudiyə rejimindən olan bir nümayəndə, "Yəmən üzrə ekspert qrupunun hesabatını qəbul etmirik”, deyə bildirib.
 
Source : Deyerler
Tagged
səudiyə
Comment