Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib. Bu barədə Trend İran XİN-in rəsmi saytına istinadən məlumat verir.
Mehmanpərəst güclü qasırğada həlak olmuş şəxslərin ailələrinə İran hökumətinin başsağlığını çatdırıb. "İranın Qırmızı Aypara cəmiyyəti qasırğadan zərər görmüş ölkələrə yardım etməyə hazırdır", - Mehmanpərəst deyib.
"Ayrin" qasırğası nəticəsində ABŞ-da ölənlərin sayı 14-ə çatıb. 2 milyondan artıq insan evlərini tərk edib.