0
Monday 20 September 2021 - 19:41

ABŞ Türkiyəyə təzyiq üçün Yunanıstanı seçdi

Story Code : 954848
ABŞ Türkiyəyə təzyiq üçün Yunanıstanı seçdi
Türkiyənin "Yeni Şafak" qəzetinin yazdığına görə, Amerika Birləşmiş Ştatları Türkiyə sərhədlərindən 40 km aralıda Yunanıstanın Aleksandropolis şəhərində bir hərbi baza qurmaq niyyətindədir. Onlar bu addımı məntəqəyə daha yaxşı nəzarət etmək üçün atır.

"Yeni Şafak" qəzeti yazır ki, Pentaqonun baza qurmaq niyyətində olduğu adalar "Lemnos, Lesos, Samotrasi və Skiros" adalarıdır. ABŞ xüsusilə hava əməliyyatları üçün Lemnos adasından istifadə edəcək.

İddia edilir ki, bu adalar mülki mexanizmlə idarə olunur və bu Lozanna müqaviləsinə ziddir.