Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avstraliya, Böyük Britaniya və ABŞ arasında müdafiə və təhlükəsizlik sahəsində əldə olunmuş AUKUS tərəfdaşlığı zamanı Avropa Birliyinin (AB) üzv ölkələrindən biri ilə “qəbuledilməz şəkildə” hərəkət edilib.
APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“AB-yə üzv olan ölkələrdən birinə qarşı qəbuledilməz münasibət göstərilib. Biz nəyin və niyə baş verdiyini öyrənmək istəyirik. Beləliklə, işləri adi qaydada davam etdirməzdən əvvəl bunu öyrənmək lazımdır”, - deyə Avropa Komissiyasının rəhbəri “CNN”-ə müsahibəsində bildirib.