0
Tuesday 28 September 2021 - 01:46

“Taliban” hökuməti saqqalın qırxılması qadağasına aydınlıq gətirib

Story Code : 956084
“Taliban” hökuməti saqqalın qırxılması qadağasına aydınlıq gətirib
APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı Əfqanıstanın müvəqqəti hökumətinin Mədəniyyət və İnformasiya Nazirliyinin rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İslami İstiqamət Nazirliyinin rəsmiləri Əfqanıstanın Hilmend əyalətində kişilərin bərbər salonlarında saç düzümü etməməyi və saqqalı qırxmamağı tövsiyə ediblər.

Sosial şəbəkələrdə yayılan sərəncamda bərbər salonlarında musiqi səsləndirilməməsi tələbi də yer alıb.

Bundan əlavə, telekanalın məlumatına görə, Kapisa, Hilmend və Təxar əyalətlərində qadınların smartfon istifadə etməsini qadağan edən bir məktubun yayıldığı iddia edilib.
Related Stories