0
Saturday 2 October 2021 - 11:27

Suriya Colan Yüksəklikləri və Fələstinin işğalına son qoyulmasını istəyib

Story Code : 956814
Suriya Colan Yüksəklikləri və Fələstinin işğalına son qoyulmasını istəyib
SalamNews SANA-a istinadla xəbər verir ki, bunu Suriyanın BMT-dəki nümayəndəsi Hisamuddin Ala BMT-nin İnsan Haqları Şurasının toplantısında çıxışı zamanı deyib.

Colan Yüksəklikləri və Fələstin ərazilərinin işğalına son qoyulmasını tələb edən Suriya rəsmisi deyib:

“Bu, Şuranın qərarları da daxil olmaqla beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin pozulması deməkdir. İsrailin Şərqi Qüds də daxil olmaqla Fələstin ərazisindəki və Suriyanın zəbt edilmiş Colan bölgəsindəki işğal siyasəti bunun bariz nümanəsidir.”

Xatırladaq ki, İsrail 1967 və 1973-cü illərin müharibələrində Colan Yüksəkliklərini işğal edib. BMT qərarlarına baxmayaraq İsrail bögəni tərk etməyib. Bir neçə il öncə Tramp Administrasiyası İsrailin bu bölgə üzərində hakimiyyəti və suverenliyini birtərəfli qaydada tanıdığını elan edib.