0
Tuesday 12 October 2021 - 12:16

İran Ordusunun Havadan Müdafiə Qüvvələri hərbi təlimə başlayıb

Story Code : 958310
İran Ordusunun Havadan Müdafiə Qüvvələri hərbi təlimə başlayıb
SalamNews bu barədə İran mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, bu gündən etibarən İranın Mərkəzi Kəvir səhrasında ölkə ordusu və İslam İnqilabının Keşikçilər Korpusunun (Sepah) Havadan Müdafiə Qüvvələri birgə hərbi təlimə start veriblər.

Bu hərbi təlim “Müdafiane Asemane Vilayət – 1400” adı altında keçirilir və onun bir neçə gün çəkəcəyi gözlənilir.

İran hərbi mənbələrinin məlumatına görə bu hərbi təlimdə havadan müdafiə sahəsinə aid ölkənin daxilində ərsəyə gətirilmiş silahlar və hərbi təchizatlara üstünlük veriləcək.