0
Saturday 16 October 2021 - 19:36

ŞOK: Beyrutda insanlara atəş açan snayper ABŞ səfirliyinin əməkdaşı çıxdı

Story Code : 959031
ŞOK: Beyrutda insanlara atəş açan snayper ABŞ səfirliyinin əməkdaşı çıxdı
Beyrut Limanında baş vermiş dəhşətli partlayış hadisəsini araşdıran hakim və müstəntiqlərin qeyri-şəffaf yanaşması, Livanda “Hizbullah” və “Amal” hərəkatlarının etiraz aksiyası keçirməsinə səbəb olub. Bu iki partiya üzvləri Beyrutda Ədalət sarayına doğru yürüş keçirən zaman bina daxilindən naməlum şəxslər kütləyə atəş açmağa başlayıb. Bu hadisə nəticəsində 6 etirazçı həlak olub, 30-dan çox etirazçı isə yaralanıb.

Livan Təhlükəsizlik Qüvvələrinin hadisə ilə bağlı başlatdığı əməliyyatdan sonra 9 nəfərin həbs edildiyi bildirilirdi.
Bu gün mediada yer alan xəbərlər isə hər kəsi şok edib. Belə ki, cinayətkarlardan biri Şükri Əbu Səb Livan Təhlükəsizlik Qüvvələrinin üzvü və Livandakı ABŞ səfirliyinin əməkdaşıdır! O Beyrutdakı "Əl-Tayoneh" cinayətində snayper slahı ilə atəş açanlardan biridir!