0
Sunday 17 October 2021 - 20:28

Aclıq aksiyası keçirən fələstinli məhbusların durumu ağırlaşıb

Story Code : 959198
Aclıq aksiyası keçirən fələstinli məhbusların durumu ağırlaşıb
"Vətəniyyə" informasiya agentliyinin verdiyi xəbərə görə, işğalçı sionist rejimi həbsxanalarında saxlanılan 7 fələstinli məhbus, qanunsuz olaraq həbs edilmələrinə etiraz olaraq həftələrdir ki, aclıq aksiyası keçirirlər. 95 gündür aclıq aksiyası keçirən Kayed Nammouranın (Fasfous) vəziyyəti pisləşdiyinə görə o xəstəxanaya yerləşdirilib.

Fələstinli Məhbuslar Komissiyası, aksiya keçirən məhbusların fiziki vəziyyətinin pisləşməsi ilə bağlı xəbərdarlıq edərək bildirib: "Zaman keçdikcə məhbusların sinir sistemi və beyni susuzluq səbəbindən geri dönüşü olmayan zədə ala bilər..."

Kayed Nammouradan əlavə, Mikdad al-Qavasimə (88 gün), Əla əl-Arac (71 gün), Hişam Abu Havaş (62 gün), Şadi Əbu Akr (54 gün), Ayad əl-Harimi (25 gün) və Xəlil Abu Aram (7 gün) də aclıq aksiyasına başlayıb.