0
Thursday 21 October 2021 - 20:04

Əhrar Əş-Şamın terrorçu komandiri İdlibə öldürüldü

Story Code : 959866
Əhrar Əş-Şamın terrorçu komandiri İdlibə öldürüldü
Suriyalı mənbələrə görə, oktyabrın 20-si səhər saatlarında Suriyanın şimal-qərbindəki İdlibin Arihah qəsəbəsini hədəfə alan artilleriya hücumunun əsas hədəfi Əbu İslam Bassams kimi tanınan Əhrar Əş-Şam terror təşkilatının keçmiş baş komandanı olub.

Deyerler.org SouthFront-a istinadən xəbər verir ki, Əbu İslam Bassams Suriya ordusunun artilleriya zərbəsi nəticəsində öldürülüb, oğlu isə ağır yaralanıb.

Əbu İslam Əhrar Əş-Şamdan qaçaraq keçən ilin avqustunda Türkiyənin dəstəklədiyi Cəbhətuş Şam qruplaşmasına qoşulan dörd böyük bölmədən biri olan Əl-Abbas briqadasının komandiri idi.

O, Əhrar Əş-Şamdan ayrıldıqdan sonra Cəbhətuş Şama və ya İdlibin de-fakto hökmdarı Əl-Qaidə ilə əlaqəli Heyət Təhrir Əş-Şama (HTŞ) qoşulmuş ola bilər. Arihanın HTŞ-nin qalası olduğu bilinir. /Deyerler/

 
Related Stories