0
Saturday 23 October 2021 - 16:42

Suriya ordusu ABŞ hərbi konvoyunu geri çəkilməyə məcbur etdi

Story Code : 960153
Suriya ordusu ABŞ hərbi konvoyunu geri çəkilməyə məcbur etdi
"Sputnik" informasiya agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, cümə günü Suriya silahlı qüvvələri "M-4 yolu" kimi məşhur olan Əl-Həsakə-Raqqa-Hələb yolundakı nəzarət-buraxılış məntəqəsidə ABŞ konvoyunun önünü kəsib.

Mənbələrin bildirdiyinə görə, bu hadisə cümə günü günorta saatlarında Al-Qamışli şəhərinin cənubundakı "Dəmxiyətun Səğirə" məntəqəsində "Əl-Kaziyyə" bölgəsində baş verib.

Suriya ordusu hərbçiləri ABŞ hərbi konvoyunun yolunu kəsdikdən sonra bir iraqlı tərcüməçi vasitəsi ilə amerikalı hərbçilərə xəbərdarlıq edib, onlara Dəməşqin nəzarətindəki bölgələrə girmələrinə icazə verilməyəcəyini anladıb. Bundan sonra ABŞ konvoyu geri çəkilmək məcburiyyətində qalıb.
Related Stories