0
Thursday 4 November 2021 - 14:12

İran PUA-ları İsrailin əsas narahatlıq mənbəyinə çevrilib

Story Code : 961999
İran PUA-ları İsrailin əsas narahatlıq mənbəyinə çevrilib

SəhərAzəri-nin məlumatına əsasən, sionist təhlilçi Yoni bin Mənahim öz məqaləsində yazır: “İran PUA-ları Yaxın Şərqdə çox təhlükəli bir silaha çevriliblər.”
Bin Mənahim iddia edib ki, İran İraq və Suriyanı, habelə Livan Hizbullahını, Fələstində HƏMAS-ı və İslami Cihad Hərəkatını bu dronlarla təchizatlandırıb. Və bu dronlar Amerika və İsrailin həmişəki narahatlıq mənbəyidir, İran üçün çox təsirli bir silaha çevrilib.
Sionist təhlilçi əlavə edib: “Bu dronlar Qərbi Asiyada hava döyüşlərinin mahiyyətini dəyişəcək, İranın və onun müttəfiqlərinin İsrailə qarşı gələcək hərbi döyüşlərində ciddi rol oynayacaqdır.”
O vurğulayıb ki, Amerikanın sabiq prezidenti Donald Tramp İran PUA-larının təhlükəsi yollarının araşdırılması üçün ABŞ-İsrail işçi qrupu yaratmışdır və bu qrup Co Baydenin dövründə də öz işini davam etdirəcək.
Qeyd edək ki, son vaxtlar sionist KİV-lərdə yayılan məlumatlara görə, bu rejim İran dronlarından qorxduğu üçün işğal edilmiş Fələstinin şimal ərazilərində öz müdafiə və radar sistemlərinin layihələrini gücləndirmək niyyətindədir.
“Times of İsrail” qəzeti də məlumatlı mənbəyə istinadla bildirib ki, İsrail rejiminin ordusu son illərdə Yaxın Şərqə axmış İran istehsalı olan PUA-ların təhdidinin artmasına diqqət etməklə, havadan müdafiə sistemlərini gücləndirir.
 
Source : Sahartv
Tagged
pua israil
Comment