0
Monday 8 November 2021 - 23:48

Suriya İsrailin raketlərini havada dəf etdi

Story Code : 962696
Suriya İsrailin raketlərini havada dəf etdi
Suriya xəbər mənbələri Suriyanın hava hücumundan müdafiə sisteminin hərəkətə keçərək Homs səmasında hədəfləri məhv etdiyini bildirib.

SANA xəbər agentliyinin müxbirinin verdiyi məlumata görə, sionist düşmən Suriyanın mərkəzi hissəsi və sərhəd məntəqələrini hədəf almaq istəyib. Amma ölkənin hava hücumundan müdafiə sitemləri sionist düşmənin hücumunu zərərsizləşdirib.

Suriya Müdafiə Nazirliyi hücumla bağlı elan edib ki, saat 19:16 radələrində işğalçı İsrail Beyrutun şimal istiqamətindən Suriyanın mərkəz və sərhəd ərazilərdəki bəzi əraziləri hədəfə alaraq hava zərbəsi endirməyə çalışıb.