0
Wednesday 17 November 2021 - 17:59

Fox News: Bayden Kamala Harrisi qova bilər

Story Code : 964072
Fox News: Bayden Kamala Harrisi qova bilər
KİV-də yer alan məlumatlara görə, ABŞ prezidenti Co Baydenlə vitse-prezident Kamala Harris arasında yaranmış gərginliklərdən sonra Co Baydenin Kamala Harrisi vəzifədən uzaqlaşdıraraq yeni vitse-prezident təyin edəcəyi ilə bağlı ehtimallar güclənib.

Fox News xəbər verir ki, sonuncu dəfə Amerikada prezidentin yeni vitse-prezident təyin etməsi, Konqresin də bu şəxsi təsdiqləməsi hadisəsi 1974-cü ildə baş verib. Bu zaman Nelson Rokfeller yeni vitse-prezident olaraq təyin edilib.

Verilişin aparıcısı Dana Perino bildirib ki, hərçənd Amerikada prezidentin dörd illik səlahiyyət dövrü bitməmiş yeni vitse-prezident seçilməsi və təsdiqlənməsi qeyri-adi hadisədir, ama bu tamamilə rastlanılmayan bir hadisə deyil.