0
Sunday 4 September 2011 - 16:49

Suriyalı terroristlər Səudiyyə və İordaniyada təlim keçirlər

Story Code : 96422
Suriyalı terroristlər Səudiyyə  və İordaniyada təlim keçirlər
Suriyalı terroristlər Səudiyyə və İordaniyada təlim keçirlər
Islam times.org/az/ - Suriyalı bir tədqiqatçı ABŞ-ın silahlı yaraqlılarını İraqdan Suriyaya göndərdiyi və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Türkiyənin də bunlara maliyyə dəstək verdiklərini sübut edərək "Bu yaraqlılar İordaniya və Səudiyyə Ərəbistanında təlim keçirlər" kimi açıqlama verib.

İraqın Əl Nəhl xəbər agentliyinin bildirdiyinə görə, suriyalı tədqiqatçı İbrahim əlavə olaraq "Hələ də Suriyaya ilə əlaqədar əsas iddia və çəkişmə Səudiyyə
Ərəbistanı, İran, ABŞ və Sionist İsrail arasında davam etməkdədir" demişdir.

Tədqiqatçı ABŞ-ın yaraqlılara təlim keçərək onları İraq və Livan üzərindən Suriyaya göndərdiyini və bu formada Suriya böhranını qızışdırdığını da bildirdi.

"Suriyada qarışıqlıqlara səbəb olan bu silahlılar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Türkiyədən də maliyyə dəstək alırlar. Bunların hərbi təlimləri də Səudiyyə Ərəbistanı və İordaniyada keçilir. Bu silahlılar bu günə qədər suriyalı onlarla əsgər və təhlükəsizlik qüvvələrini öldürmüşlər ki, bunu sənədlərlə isbat etmək mümkündür" dedi.
Translator :
Source : islamtimes
Comment