0
Sunday 21 November 2021 - 00:39

HƏMAS-dan Britaniya açıqlaması: Faydasız olacaq

Story Code : 964635
HƏMAS-dan Britaniya açıqlaması: Faydasız olacaq
Bu qərara qarşı çıxmaq, məhdudlaşdırmaq və qınamaq üçün genişmiqyaslı bir hərəkat başlatdıq. Qərar beynəlxalq hüquqa və fələstinlilərin azadlıq və müstəqillik uğrunda müqavimət və mübarizə haqqına ziddir.

Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Büro rəhbəri İsmayıl Həniyyə deyib.

O, Böyük Britaniyanın qərarının Fələstin Müqaviməti ilə bağlı "faydasız və təsirsiz" olacağını bildirib.

Həniyyə Britaniyanın HƏMAS-ı terror təşkilatı elan etməsinin Fələstin xalqına qarşı yeni hücum olacağını bildirib. Qeyd edək ki, bir müddət öncə Britaniya HƏMAS-ı terror təşkilatı elan etməyə hazırlaşdığını bildirib.