0
Sunday 21 November 2021 - 08:11

Pentaqon rəhbəri: "ABŞ İraqdakı missiyasını 2021-ci ildə başa vuracaq"

Story Code : 964666
Pentaqon rəhbəri: "ABŞ İraqdakı missiyasını 2021-ci ildə başa vuracaq"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

Məlumata görə, ABŞ 2021-ci ilin iyul ayında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, o cümlədən ilin sonuna qədər İraqda Amerika qüvvələri olmayacaq.

Qeyd olunur ki, tərəflər ABŞ-ın İraqdakı hərbi missiyasının gələcək mərhələsini müzakirə ediblər və bu, İŞİD terror qruplaşmasına qarşı kampaniya çərçivəsində İraq hərbçiləri ilə məsləhətləşmələr, kəşfiyyat məlumatlarının mübadiləsindən ibarət olacaq.

Qeyd edək ki, ABŞ elə bir şəraitdə İŞİD terror qruplaşmasına qarşı olduğunu iddia edir ki, bir çox analitiklər bu qruplaşmanın elə ABŞ tərəfindən ərsəyə gətirildiyini və dəstəkləndiyini bildirir.
Related Stories