0
Tuesday 23 November 2021 - 13:40

İsrail Türkiyədən HƏMAS-ın İstanbuldakı ofislərini bağlamağı tələb edib

Story Code : 965021
İsrail Türkiyədən HƏMAS-ın İstanbuldakı ofislərini bağlamağı tələb edib
SalamNews Haaretz-ə istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid tələb irəli sürüb.

O verdiyi son açıqlamasında (işğal altında olan) İordan çayının Qərb sahilində tutulan HƏMAS üzvlərinin İstanbuldakı ofislərdən istiqamətləndirildiyini bildirib və Türkiyədən burada olan HƏMAS-ın ofislərinin bağlanılmasını tələb edib.

İsrailin xarici işlər naziri iddia edib ki, “bu ofislər terrorçuluğun mərkəzidir.”

Qeyd edək ki, HƏMAS-ın idarə etdiyi Qəzza zolağı 2008-ci ildən İsrailin hava quru və sudan mühasirəsindədir. İsrail qeyd edilən müddət ərzində 2,5 milyon insanın mühasirədə qaldığı Qəzzaya qarşı dörd dəfə şiddətli müharibə həyata keçirib ki, onların heç birində faktiki olaraq irəliləyə bilməyib. HƏMAS-ın Fələstindən xaricdə olan ofisləri əsasən Livan, Dəməşq, İran, Qətər və Türkiyədə yerləşir.
Related Stories