0
Monday 29 November 2021 - 00:34

İlham Əliyev: “İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”

Story Code : 965924
İlham Əliyev: “İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”
“Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşdən sonra İranın kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, görüşdə iki ölkə arasında imzalanan sənədin çox böyük əhəmiyyəti var: “Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.